"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Heydər əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub

--2018-05-10 / 16:17

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar,  Mərdəkan qəsəbəsindəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “Heydər əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.

Tədbirin əvvəlində Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova Ulu Öndərin anadan olmasının 95 illiyi ilə əlaqədar şagirdlərin nəzərinə çatdırmışdır ki, tarixi şəxsiyyət, böyük ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat daşıyıcısı olan Heydər əliyev müstəqilliyimizin əbədiyyət simvoludur.

Heydər əliyev həqiqi mənada ideal şəxsiyyət idi. Ulu Öndər bütün varlığını, həyatını və hamı üçün örnək olan siyasi fəaliyyətinin mənasını xalqına xidmətdə görürdü. Onun ən böyük xidməti isə, Azərbaycan xalqına özü qədər inandığı, layiqli siyasi davamçısı cənab ilham əliyev kimi bir dövlət başçısını bəxş etməsidir. Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf  bütün sahələrdə hiss olunursa, bu yalnız Ulu Öndər Heydər əliyevin layiqli davamçısı Prezident ilham əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu Öndər tarixi şəxsiyyət kimi təkcə əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları ilə də insanların qəlbinə yol tapmışdır.

Sonra müsabiqə qalibləri Mərdəkan bələdiyyəsi tərəfindən “Diplom”la mükafatlandırıldılar.

Sonda Jalə xanım əhmədova məktəbin direktoru Nazilə xanım Məmmədovaya müsabiqənin təşkilinə şərait yaratdıqlarına görə, Mərdəkan bələdiyyəsinin rəhbərliyi adından dərin təşəkkürünü bildirib.

http://modern.az/az/news/164922#gsc.tab=0

ŞƏRHLƏR